Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası İranda keçiriləcək

64

Aprelin 16-17-də Qazaxıstanın Nur-Sultan şəhərində Xəzər dəniziməsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) 2-ci iclası keçirilib.

“Report” xəbər verir ki, iclası Qazaxıstan xarici işlər naziri Beybut Atamkulov açıb.

XİN başçısı YSİQ-nin qarşısında duran vəzifələrin əhəmiyyətini və Xəzər dənizində geniş spektrli əməkdaşlıq məsələləri və fəaliyyətin həyata keçirilməsi üzrə beştərəfli saziş layihələri üzərində işlərin aktivləşdirilməsinin zəruriliyini qeyd edib.

Həmçinin bu il Türkmənistanda ilk Xəzər İqtisadi Forumunun keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri, Azərbaycan Respublikasının Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupundakı nümayəndəsi Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Tərəflər Xəzər dənizində birbaşa çıxış xətlərinin müəyyənləşdirilməsinin metodikası haqqında Saziş layihəsinin müzakirəsini davam etdirib və onun bir sıra müddəaları barədə razılığa gəliblər. Bu sənədin müzakirəsi növbəti görüşdə davam etdiriləcək.

İclas çərçivəsində tərəflər həmçinin Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçiriblər və Bişinci Xəzər Sammitinin yekunları üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nümayəndə heyətləri baş tutmuş danışıqların nəticələrini müsbət qiymətləndirib.

YSİQ-nin növbəti iclası bu ilin iyul ayında İranda keçiriləcək.