Gəmiçiliyin ötən il üçün maliyyə hesabatı müsbət rəy alıb

160

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2018-ci il üzrə birləşdirilmiş maliyyə hesabatları audit olunub.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, auditi dünyanın nüfuzlu auditor şirkətlərindən hesab edilən “Ernst & Young Holdings” (CIS) şirkəti aparıb. Şirkətin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyevin ASCO-nun sədri Rauf Vəliyevlə görüşündə bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb və bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.

Müzakirələrdən sonra tərəflər 2018-ci ilin birləşdirilmiş maliyyə hesabatını təsdiqləyiblər. Sözügedən hesabat qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, sənədlərdə təqdim olunan informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır