Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

99

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Pirallahı rayonunun Gürgan qəsəbəsində kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmilərin istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatı, texniki baxışdan keçirilməsi və gəmi sürmək hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri fərdi xilasedici vasitələr və onlardan istifadə qaydaları haqqında da maarifləndirilib.

Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır