ABŞ təyyarədaşıyanı Süveyş kanalını keçdi

82

ABŞ hərbi dəniz donanmasına məxsus Abraham Lincoln təyyarədaşıyanı, Misirdə Süveyş kanalı üzərindən keçib.

Trend-in məlumatına görə, təyyarədaşıyanın keçməsini izləmək üçün gələn ABŞ-ın hərbi attaşesi Ralf Qrover Misirdə Süveyş kanalı administrasiyasının başçısı Admiral Mohab Məmiş ilə görüşüb.

Söhbət zamanı amerikalı rəsmi Misir tərəfinə “Süveyş kanalı administrasiyası ilə səmərəli əməkdaşlıq” üçün öz təşəkkürünü bildirib.