Xorvatiya sahillərində eramızdan əvvəl I əsrə aid gəmi aşkarlanıb

84

Xorvatiya sahillərində Molat adasının yaxınlığında eramızdan əvvəl I əsrə aid gəmi aşkar olunub.

AZƏRTAC xəbər verir ki, belə gəmilər Qədim Roma varlılarının xoşladığı Adriatik dəniz sahillərində villaların inşasında tikinti materiallarının daşınması üçün istifadə olunurdu. Arxeoloqların fikrincə gəminin yükünü araşdıraraq qədim dövrlərdə inşa olunan villalar barədə təsəvvür yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır