“İsrafil Hüseynov” gəmisində baş vermiş partlayışda yaralananlar xüsusi təyyarə ilə xəstəxanalara çatdırılacaqlar

105

İtaliyanın “Saipem” şirkəti “İsrafil Hüseynov” gəmisində baş verən partlayışla əlaqədar yeni məlumat yayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış “Saipem” şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniyadakı xəstəxanalara çatdırılması “Medevac” xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə “Saipem” tərəfindən təşkil olunacaq. Digər, daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrinin davam etdirilməsi üçün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır