Mübariz Mənsimovun İstanbula apardığı xəstənin həkimi danışdı – ÖZƏL/VİDEO

128

Xəbər verdiyimiz kimi üzü tanınmaz hala düşən Ağdaş sakini Ramin Məmmədov müalicə edilməsi üçün azərbaycanlı iş adamı Mübariz Mənsimovun tapşırığı ilə İstanbulun “LIV Hospital”ına aparılıb. “LIV Hospital”ın cərrah-həkimi Gürsel Turqut Yeniavaz.com-a özəl açıqlamasında R. Məmmədovun müalicəsi barədə məlumat verib.

O bildirib: “Pasiyentimiz bizə üzünün sol tərəfini, göz və burun dəlikləri nahiyələrini əhatə edən böyük şişlə daxil olub. Xəstədən analizlərin alınması davam edir. MRT və biopsiya araşdırmaları tamamlanıb. Biopsiyanın nəticəsinə uyğun olaraq, müvafiq müalicə üsulu tətbiq ediləcək. Öncə şişin ölçüsünü kiçildəcəyik. Bunun üçün 3 seans kimya terapayi tətbiq olunacaq. Bu proses təxminən 6 həftə davam edəcək. Ardından pasiyent əməliyyat olunacaq. Kimya terapiyadan sonra şişin kiçilmə dərəcəsindən asılı olaraq böyük və ya kiçik əməliyyat aparılacaq. Hədəfimiz əməliyyatla və sonra pasiyentin belindən və digər nahiyələrindən toxumalar götürərək həmin nahiyəni bərpa etməklə xəstənin ömrünü uzatmaqdır”.