Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib

62

Texas ştatının sahillərində iki barja və tanker toqquşub.

Trend-in məlumatına görə, Hyuston hakimiyyəti sahilyanı sularda 9 min barrel (1,4 milyon litr) neft məhsulunun sızmasının baş verdiyini ehtimal edir.

Hadisə cümə günü Hyustonun ətrafında liman zonasının yaxınlığında baş verib. İki barjanı daşıyan yedək neft tankeri ilə toqquşub. Barjalardan birinə ciddi ziyan dəyib, ondan baş verən neft sızmasının qarşısı hələ də alınmayıb.

Toqquşmanın səbəbi hələlik məlum deyil. Son məlumatlara görə, hər iki barjada 15 min barrel (2,4 milyon litr) neft məhsulu daşınırdı.