“Şahdəniz-2” yatağında 16 quyu qazılıb

54

“Şahdəniz-2” yatağında indiyədək 16 quyu qazılıb.

Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, cari ilin birinci rübündə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb.

“İstiqlal” qazma qurğusu şərq cinahda 1 sualtı quyunu tamamlayıb, qərb cinahda isə hazırda tamamlama əməliyyatları həyata keçirilir. “Maersk Explorer” qurğusu 1 quyunu tam dərinliyinədək qazdıqdan sonra sertifikasiyaya göndərilib.

Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq-cənub cinahında da 4 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır