Azərbaycan və Gürcüstan Xəzər və Qara dəniz vasitəsilə tranzit potensiallarını fəal inkişaf etdirir, kommunikasiya axınını yaxşılaşdırır.
Trend-in məlumatına görə, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir Sergey Çebotaryov deyib.
Nazir bildirib ki, Rusiyanın bu regiondakı proseslərin tam hüquqlu üzvü olması üçün çalışmaq lazımdır.
Onun sözlərinə görə, belə bir fikir var ki, Rusiyanın Xəzər və Qara dənizdəki limanları yalnız 20-25 faiz işləyir, ona görə də onları inkişaf etdirməyin mənası yoxdur:
“Amma bu, belə deyil. Azərbaycan və Gürcüstanın limanları işləyir, kifayət qədər yüklənib. Gürcüstanda bir sahədə iki liman – Poti və Batumi limanları işləyir, üçüncü, Anakliya limanı tikilir. Ona görə də biz bu prosesdən kənarda qalmamalıyıq. Rusiyanın Xəzər və Qara dənizdə limanlarının inkişafı dünya bazarlarına çıxış üçün yeni imkanlar yaradacaq”.