Xəzər dənizində zəlzələ baş verib

49

Mayın 16-da Xəzər dənizində 3,04 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanlar yerli vaxtla saat 05:23-də qeydə alınıb.

Ocağı 60 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır