Portuqaliyada dəniz yosun meşələrinin bərpası layihəsi yaradılıb

35

Bioloqlar və biznesmenlər Portuqaliyada “dəniz meşələri”nin, yəni sahilyanı bölgələrdə yosunların bərpası üçün platforma yaradır, bu il Portuqaliya sahilində ilk sınaqların keçirilməsinə hazırlaşırlar.

“Dəniz meşəsi” layihəsi bu il Avropa İttifaqının dəniz işləri və “göy iqtisadiyyat” üzrə ənənəvi təşəbbüsünün Dünya Dəniz Gününə həsr olunmuş Avropa Konfransı çərçivəsində Lissabonda təqdim edilib.

Platformanın həmtəsisçisi Fransisko Sarayva Qomesin sözlərinə görə, məqsəd dəniz makroyosunlarının bərpasına kömək etməkdir. O deyib: “Dəniz yosun meşələrinin qırılması hər gün baş verən, lakin heç kəsin görmədiyi ən böyük ekoloji faciələrdən biridir. Hesablamalara görə, son 50 ildə bütün yosunların 30-40 faizi yoxa çıxıb. Hesablamalar doğrudursa, biz ölçüsü Hindistan boyda olan bir ərazidən danışırıq”.

F.S.Qomes deyib ki, planetimizə kömək etmək üçün texnologiyalara vəsait yatırmalı, habelə yosunların çoxaldılması və seleksiyası texnologiyalarını dəstəkləməliyik.

Avstraliya, Yaponiya, Koreya Respublikasında dəniz sərhədlərinin məskunlaşdırılması üzrə layihələr artıq hazırlanıb. Şimali Atlantika, Norveç, Portuqaliya, ABŞ və Kanadada çox güclü elmi birlik mövcuddur. Bu birlik dənizin yosun meşələrinin bərpası istiqamətində ilk addımlar atır.

Bioloqun sözlərinə görə, layihəyə bu ilin sonunda start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır