TRACECA-nın Azərbaycan hissəsindən daşınmış tranzit yüklərin həcmi 21%-dək azalıb

57

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12 565,4 min ton, yük dövriyyəsi isə 2 662,3 mln ton/km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin ilk rübünün göstərici ilə müqayisədə yüklərin həcminə görə 199,8 min ton ton və ya 1,56%, yük dövriyyəsinə görə isə 83,5 mln ton/km və ya 3,04% azdır.

Yüklərin 8 134,1 min tonu və ya 64,7%-i avtomobil nəqliyyatı, 3 137 min tonu və ya 25%-i dəmir yolu nəqliyyatı, 1 294,3 min tonu və ya 10,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 16,3%-ini və ya 2 052,4 min tonunu tranzit yüklər təşkil edib. Bu isə 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 533,6 min ton və ya 20,63% azdır.