XİN: Səfirlik Misirdə saxlanılan azərbaycanlı dənizçi ilə bağlı məsələni diqqətdə saxlayır

361

“Azərbaycanın Qahirədəki səfirliyi Misirdə saxlanılan “Sea Shark” tankerinin ekipaj üzvü olan azərbaycanlının məsələsini diqqətdə saxlayır”.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycanın səfirliyi vətəndaşımızın qanuni hüquqlarını təmin etmək üçün Misir tərəfi ilə mütəmadi olaraq təmasdadır.

“Vətəndaşlarımızın hüquqlarının qorunması məsələsi həmişə diqqət mərkəzindədir”, – XİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Misirdə saxlanılan “Sea Shark” tankerinin göyərtəsində 31 nəfər – 17 Ukrayna, Azərbaycan vətəndaşı, eləcə də Filippin, Şri-Lanka və Hindistan vətəndaşları olub. Vəkillərin sözlərinə görə, Misir səlahiyyətlilərinin yaxın bir neçə gün ərzində ekipaj üzvlərini azad edəcəyi, amma ölkənin ərazi sularına qanunsuz girişə görə 56 milyon dollar məbləğində cərimə ödənilənə qədər yüklü tankeri saxlayacağı gözlənilir.