Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb – FOTO

51

Türkiyənin Aydın şəhərində onlarla qanunsuz miqrant saxlanılıb.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Qeyd edilir ki, qanunsuz miqrantların olduğu rezin qayıq ölkənin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları tərəfindən Quşadası körfəzində aşkarlanıb. Onlar Yunanıstanın Sisam adasına getmək istəyiblər.

Xidmətin əməkdaşları tərəfindən saxlanılan qayıqda 22 suriyalı, 7 konqolu və Afrikadan daha 2 nəfər olmaqla, ümumilikdə 31 miqrantaşkarlanıb.

Mühafizə Xidməti əməkdaşlarının keçirdiyi ikinci əməliyyat zamanı 20 fələstinli, 8 suriyalı olmaqla, daha 28 qanunsuz miqrant saxlanılıb.

Hər iki əməliyyat zamanı saxlanılan ümumilikdə 59 miqrant ifadələrinin alınması üçün Aydın şəhərinin Miqrant Bürosuna təhvil veriliblər. 

Daha əvvəl Türkiyənin qərbində ölkə sərhədini qanunsuz keçməyə çalışan 223 miqrant saxlanılıb.