Onların ilk missiyası Ədən körfəzində İranın ticarət və neft gəmilərinin təhlükəsizliyini təmin etmək olacaq…
İran neft və ticarət gəmilərinin təhlükəsizliyi üçün beynəlxalq sulara 3 hərbi gəmisini ezam etməyə başladığını bildirib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İran Ordusundan məlumat verilib.
Bildirilib ki, hərbi gəmilər qrupu “Payəndər” destroyerindən, “Buşehr” və “Lavan” linkorlarından ibarətdir.
Onların ilk missiyası Ədən körfəzində İranın ticarət və neft gəmilərinin təhlükəsizliyini təmin etmək olacaq.
Qeyd edək ki, İran-ABŞ gərginliyi və Səudiyyə və BƏƏ gəmilərinin hədəfə alınmasından sonra bu İranın ilk hərbi gəmi ezamiyyəti hesab edilir.