Səudiyyə Ərəbistanı ABŞ-dan LNG alacaq

49

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” ABŞ-ın “Sempra Energy” şirkətindən maye təbii qaz (LNG) almaq istəyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, San-Dieqoda yerləşən “Sempra Energy” şirkəti LNG-ni Texasdakı “Port Arthur” terminalına göndərəcək.

Səudiyyə Ərəbistanının ABŞ-dan alacağı LNG-ni yerli bazarda və ya beynəlxalq alıcılara satmaq üçün istifadə edəcəyi hələ ki bilinmir.

“Aramco” son illərdə Rusiya, Avstraliya və Afrikada təbii qaz aktivlərinə maraq göstərirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır