Tbilisidə “Orta Dəhliz”in Çin və Avropa üçün əhəmiyyəti müzakirə olunub

50

Tbilisidə Gürcüstan və Çin arasında tranzit və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə “Gürcüstan dəmir yolları” şirkətinin direktoru David Peradze, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Çinin Lyanyunqan limanının nümayəndələri iştirak ediblər.

Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz” – red.) əhəmiyyətini müzakirə ediblər.

Lyanyunqan limanının rəhbərliyi “Orta Dəhliz”in Çin və Avropa üçün prioritet marşrut olduğunu bildirib. Çin nümayəndə heyəti dəhlizin daha da inkişaf etdirilməsi və yük daşınmaları sahəsində Gürcüstanla əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin “Orta Dəhliz”də subsidiyaların bölüşdürülməsi məsələsi də nəzərdən keçirilib.