Bakı Ekspo Mərkəzində keçiriləcək 26-cı Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil and Gas”), eləcə də 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power”) sərgilərində 34 ölkədən 290 şirkət iştirak edəcək. Həmin şirkətlərin 24 faizi sərgidə ilk dəfə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 23-də sərgilərə həsr olunmuş mətbuat konfransında “Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov deyib.
Qeyd edib ki, sərginin 29 sponsoru var və bu fakt sərgiyə olan marağın bariz nümunəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır