ABŞ-İran arasındakı gərginlik artır. Fars körfəzinə göndərilən “Abraam Linkoln” təyyarədaşıyan gəmsiində hərbi təlimlərə başlanılıb.
Avropa.info xəbər verir ki, ABŞ HDQ-dən verilən məlumata görə, hərbi təlimlərin məqsədi ABŞ-ın gücünü göstərmək və İranın ABŞ-ın maraqlarına təhlükə yaratması halında cavab vermək potensialını göstərməkdir.
Qeyd edək ki, ABŞ donanmasına məxsus raket gəmiləri “USS Gonzales” (DDG-66) və “USS McFaul” (DDG-74) dünən Fars körfəzinə daxil olmuşdular. Gəmilər döyüş vəziyyətinə gətirilib.