İtaliya prokuroru axtarış-xilasetmə gəmisi olan “Sea Watch 3”ün kapitanı Arturo Sentore ilə bağlı araşdırmaya başlayıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, gəmi kapitanının qeyri-leqal miqrasiyanı dəstəklədiyi iddia olunur. İtaliya hüquq-mühafizə orqanları gəmini müsadirə edib.
İtaliyanın Baş nazirinin müavini Matteo Salvini qeyri-hökumət təşkilatlarının axtarış-xilasetmə gəmiləri üçün İtaliya limanlarının bağlanması üzrə apardığı siyasətə baxmayaraq, Aralıq dənizində xilas edilən bir qrup miqranta həftəsonu Lampeduza adasında sahilə çıxmağa icazə verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır