Yaponiyada iki gəmi toqquşub, 4 nəfər itkin düşüb

49

akit okeanda, Tokionun şərqində yerləşən Tiba prefekturasından 11 km aralıda Yaponiyaya məxsus iki yük gəmisi toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü NHK telekanalı məlumat yayıb.

Hadisə nəticəsində gəmilərdən biri batıb. Gəminin göyərtəsində olan 5 heyət üzvündən 4-ü itkin düşüb. Kapitan xilas ola bilib.

Qəza gecə duman səbəbindən yaranmış pis hava şəraitində baş verib. Batan gəmi Osaka şəhərinə 1,6 min ton metal daşıyırmış.

Hazırda kater və vertolyotların köməkliyi ilə itkin düşənlərin axtarışları aparılır.