Mayın 31-də Kanadaya məxsus tullantılar yüklənmiş gəmi nəhayət ki, Filippin sahillərini tərk edib. Trend-in məlumatına görə, zibil dolu konteynerlər yüklənmiş gəmi Kanada sahillərinə doğru hərəkət edib.
Qeyd edək ki, Kanada 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etdiyi üçün hələ bir neçə həftə öncə Filippin Kanadadakı səfir və konsullarını geri çağırmışdı.
Həmin vaxt ölkə XİN-i bəyan etmişdi ki, Kanadanın zibilləri yüklənmiş gəmi Filippin sahillərindən uzaqlaşmayana qədər bu belə davam edəcək.