“Avraam Linkoln” gəmisi Fars körfəzinə daxil olmayıb

111

ABŞ-ın Fars körfəzinə göndərdiyi “Avraam Linkoln” hərbi təyyarədaşıyan gəmisi Əmman sahilindən 320 kilometr aralıda dayanıb.

AZƏRTAC xəbər verir ki, gəmi Fars körfəzinə daxil olmayıb. Okeanın ortasında lövbər salan gəmi Vaşinqtondan əmr gözləyir.

Gəminin komandanı Putnem Braun bildirib ki, yanlışlıqla nəticələnəcək hərəkətlərə yol vermək lazım deyil.

Bu ərəfədə isə Prezident Donald Tramp bir daha İran ilə yeni danışıqlara başlamaq istədiyini bildirib. Buna cavab olaraq Prezident Həsən Ruhani bildirib ki, İran sanksiyalar altında qalaraq heç bir danışıqlara getməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır