SOCAR “Bakı Gəmiqayırma Zavodu”nda payını artırıb

88

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)  “Bakı Gəmiqayırma Zavodu” MMC-də payını 5,21% artırıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, SOCAR-ın payı 65%-dən 70,21%-ə yüksəlib.