Bu il Ege dənizində Türkiyədən Avropaya keçmək istəyən təxminən 16 min köçkün saxlanılıb

68

Bu ilin ilk beş ayında Ege dənizində Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən təxminən 16 min xarici vətəndaş saxlanılıb.

AZƏRTAC xəbər verir ki, ölkənin sahil təhlükəsizliyi və polis əməkdaşları tərəfindən aparılam əməliyyatlar nəticəsində saxlanılanların əksəriyyəti Yunanıstana keçmək istəyib.

Bu şəxslər arasında aparılan sorğulardan bəlli olub ki, onların ölkələrini tərk etmələrinə daxili qarışıqlıq, müharibələr, iqtisadi və siyasi çətinliklər kimi problemlər səbəb olub.

Bunun qarşısını almaq məqsədilə Türkiyənin sahil mühafizə qüvvələri tərəfindən mühafizə tədbirləri gücləndirilib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ərzində Ege dənizində saxlanılan əcnəbilərin sayı 9 min 756 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır