İndoneziyada yük gəmisi batıb, 17 nəfər itkin düşüb

63

İndoneziyanın Mərkəzi Sulavesi əyaləti sahillərində yük gəmisinin qəzaya uğraması nəticəsində azı 17 nəfər itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətinin başçısı bildirib.

Onun sözlərinə görə, göyərtəsində, təxminən, 20 nəfər olan gəmi iyunun 4-də batıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.