Fransada gəminin çevrilməsi nəticəsində 3 nəfər ölüb

52

Fransa sahillərində qasırğa nəticəsində xilasetmə gəmisinin çevrilməsi 3 nəfər heyət üzvünün ölümünə səbəb olub.

“Report” AFP-yə istinadən xəbər verir ki, xilasetmə xidmətinin gəmisi təhlükə ilə üzləşən balıqçı qayığına kömək etmək üçün dənizə çıxıb.

Agentliyin məlumatına görə, kater sahildən təqribən 800 metr aralıda çevrilib. Onun göyərtəsində ümumilikdə 7 nəfər olub, 4 nəfər üzərək sahilə çıxa bilib.

Ölən üç nəfərin meyitinin axtarışlarına üç vertolyot və 70-ə yaxın xilasedici cəlb olunub.