Türkiyənin İzmir şəhərinin Çeşmə və Seferihisar rayonlarında ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 75 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıq vasitəsilə ölkəni tərk etmək istədikləri məlum olub.
Aralarında uşaq və qadınların da olduğu köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır