Braziliyada çay gəmisində partlayış olub, xəsarət alanlar var – VİDEO – FOTO

57

Braziliyada çay gəmisində partlayış olub.

Bu barədə “Report” “Globo” telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Akri ştatında, gəminin sisterndən yanacaq yükləməsi zamanı baş verib. Qeyd edilir ki, qəza zamanı gəmidə 15 nəfər – 10 kişi, 3 qadın və 2 uşaq olub. Onların hamısı partlayış zamanı xəsarət alıb. Yaralılar güclü yanıq xəsarətləri alıblar.

Zərərçəkənlərdən 7-nin vəziyyəti ağırdır.