İki il əvvəl Marmara dənizində batan “Bereket” quru yük gəmisi sudan çıxarılır

141

Marmara dənizinin İstanbulun Zeytinburnu rayonu sahillərinə yaxın hissəsində iki il əvvəl batan “Bereket” quru yük gəmisi sudan çıxarılır.

AZƏRTAC xəbər verir ki, 115 metr uzunluğu olan gəminin sudan çıxarılması işlərinə xüsusi hazırlanmış dalğıclar cəlb olunublar. Gəmi suyun altında hissələrə ayrılaraq çıxarılır. Çıxarılan parçalar arasında gəminin kapitan kabinəsi və mühərrik hissəsi də var. Hazırda işlər davam edir.

Qeyd edək ki, gəmi 2017-ci il yanvarın 28-də batıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır