Egeydə mühacirləri daşıyan qayıq batıb, 6 nəfər ölüb

396

Egey dənizinin Yunanıstanın Midilli adası sahilləri yaxınlığında mühacirləri daşıyan qayığın batması nəticəsində azı 6 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Qayıqda, təxminən, 80 nəfər olub.

Yunanıstan Sahil Mühafizə, Avropa Sərhəd və Sahil Mühafizə Agentliyi heyətinin gəmi və helikopterlə həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatı nəticəsində 58 nəfər sağ xilas olunub. 

İtkin düşənlərin axtarışı davam edir.