Egey dənizinin Yunanıstanın Midilli adası sahilləri yaxınlığında mühacirləri daşıyan qayığın batması nəticəsində azı 6 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.
Qayıqda, təxminən, 80 nəfər olub.
Yunanıstan Sahil Mühafizə, Avropa Sərhəd və Sahil Mühafizə Agentliyi heyətinin gəmi və helikopterlə həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatı nəticəsində 58 nəfər sağ xilas olunub.
İtkin düşənlərin axtarışı davam edir.