Polşada beynəlxalq konfrans işə başlayıb

62

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, İyunun 12-də Polşanın Qdınya şəhərində Qdınya Dövlət Universitetinin və Dəniz institutunun Dənizçilik fakültəsinin təşkilatçılığı ilə dəniz nəqliyyatı və dəniz daşımalarının təhlükəsizliyinə həsr olunmuş TransNav-2019 beynəlxalq konfransı öz işinə başlayıb.

3 günlük konfrans 60-dan çox ölkədə daşımalar və təhlükəsizlik sahəsində araşdırmalarla məşğul olan alim və mütəxəssisləri bir araya toplayıb.

Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov konfransın Elmi Proqram Komitəsinin üzvüdür. Bu il Z.Şərifov konfrans iştirakçılarının diqqətinə “The Anode Material Selection for Electrospark Alloying (ESA) and its Mass Transition Phenomena” mövzusunda hazırladığı məqaləni təqdim edib.