Yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması

45

Babəkəfəndi İmanov, “AS Prof Logistics” şirkətinin direktoru və təsisçisi

– Sərginin debütantı – “AS Prof Logistics” şirkəti 2016-cı ildə təsis edilib. Şirkət ilk növbədə avtomobil daşımaları ilə məşğul olsa da, inamlı inkişafdan sonra xidmətlərinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib və bu gün müştərilərə dəmiryol daşımaları, tranzit yüklərin daşınması, ixrac, idxal və bir sıra digər xidmətlər təklif edirik. Bizim təşkilat Türkiyə və Avropadan Orta Asiyaya yükləri intensiv şəkildə daşıyan Azərbaycan şirkətlərindən biridir.

Biz sərgiyə böyük ümid bəsləyirik, çünki burada geniş beynəlxalq auditoriya təmsil olunub. Biz yeni faydalı tanışlıqlar qurmaq və şirkətin müştəri bazasını genişləndirmək istəyirik. Xüsusilə də yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınmasında maraqlı olan treyderləri və  xarici loqistika şirkətlərinin nümayəndələrini səbirsizliklə stendimizdə gözləyirik. Biz onlara yüklərin daşınması üzrə sərfəli qiymətlər təklif etməyə hazırıq.

Azərbaycanda loqistika hər il daha geniş vüsət alır, dəmiryol, eləcə də avtomobil daşımaları sahəsində inkişaf edir, sərgi isə bu prosesdə böyük rol oynayır. Biz loqistika şirkətləri ilə əməkdaşlıq etdiyi və onlara dəstək verdiyinə görə dövlətə minnətdarıq. Hesab edirəm ki, artıq üç ildən sonra Azərbaycan şirkətləri dünya bazarına daxil olaraq öz sözünü deyə biləcək.