ABŞ: İran Oman Körfəzində tanker hücumlarına görə məsuliyyət daşıyır

183

İran hakimiyyəti Oman Körfəzindəki iki tankerə edilən hücuma görə məsuliyyət daşıyır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo qeyd edib: “ABŞ hökuməti hesab edir ki, İran İslam Respublikası Oman Körfəzindəki bu dəfəki hücumlara görə məsuliyyət daşıyır”.