Hava, avtomobil və dəmiryol istiqamətləri bizim üçün maraqlıdır

423

Elmira Abdullayeva, “UMT” (İstanbul) şirkəti

– Türkiyə aviaşirkətinin nümayəndəsi kimi, bizim şirkət loqistika sahəsində ixtisaslaşıb. Şirkət eyni zamanda “İATA” Assosiasiyasının (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) üzvüdür. Bu bizə bütün dünyada hava daşımalarını təşkil etmək imkanı verir. Biz digər ölkələrin loqistika şirkətləri ilə əməkdaşlıq qurmaq istəyirik.

Azərbaycan həmin ölkələrdən biridir. Loqistika sahəsinin hava, avtomobil və dəmiryol istiqamətləri bizim üçün maraqlıdır. Bu gün sərgidə dəmiryol daşıması üzrə böyük layihə mənim diqqətini cəlb etdi. Bu sektorda sərfəli birgə işə ümid edirəm.

Sərginin marketinqin vacib vasitələrindən biri olması barədə fikirlə tamamilə razıyam. Bu tədbir peşəkar insanlar, öz işinin biliciləri ilə canlı ünsiyyət üçün vacibdir. Burada həmişə bütün vacib suallara cavab tapmaq mümkündür.