Oman dənizində 2 neft gəmisinə hücum edilib – Partlayışlar baş verib – KİV

107

 Oman dənizində iki neft tankerinə hücumun olduğu iddia edilib. Hər iki gəmidə partlayışlar baş verib.

DenizXeber.az əl-Aləmə istinadla xəbər verir ki, Oman Sultanlığı və Pakistanın dəniz limanları hücumla bağlı yardım mesajları alıblar.

Məlumata görə gəmilərdən, partlayışların baş verdiyi xəbəri gəlib və yaxın limanlardan yardım tələb edilib.

Rəsmi dairələr hələ bu məlumatı təsdiqləməyiblər.

Qeyd edək ki, bir ay öncə BƏƏ-nin əl-Fuceyra limanı sahillərində və Oman dənizində bu ölkənin, Səudiyyə Ərəbistanın və Norveçin 4 neft və ticarət gəmisinə hücum edilmiş, su minaları ilə bu gəmilərə qarşı partlayışlar törədilmişdi. Həmin hücumun məsuliyyətini heç bir qruplaşma və ya dövlət öhdəsinə götürməmişdi.