ABŞ Oman körfəzinə hərbi gəmi göndərir

41

Birləşmiş Ştatlar tankerlərə hücumla əlaqədar Oman körfəzinə raket esminesi (hərbi gəmi) göndərmək barədə qərar qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının xəbərində deyilir.

“ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin Mason (DDG 87) gəmisi yardım üçün hadisə yerinə gedən yoldadır”, – deyə xəbərdə bildirilir.

Komandanlıq qeyd edib ki, ABŞ və onu regional müttəfiqləri hücumlara reaksiya vermək üçün qarşılıqlı əlaqədədir.

“Biz maraqlarımızı müdafiə edəcəyik, amma İranla müharibə strateji maraqlarımıza və beynəlxalq ictimaiyyətin xeyrinə deyil “, – deyə komandanlıqda əlavə ediblər.

Bundan əvvəl isə İranın BMT yanında Daimi Nümayəndəliyi Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamlarını qəti surətdə rədd edib.