İyunun 14-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Buraxılış Yekun Dövlət Attestasiyası – Dövlət imtahanları başlayıb. Bu il 5 ixtisas -“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə keçiriləcək imtahanlarda ümumilikdə 172 tələbə ADDA-nın məzunu adı uğrunda biliklərini sınayır. Tələbələrin bilik və bacarııqlarının qiymətləndirilməsi Dövlət Attestasiya Komissiyaları tərəfindən aparılır. Hər il olduğu kimi bu il də DAK-ların tərkibinə Akademiyanın professor-müəllim heyəti ilə yanaşı, istehsalatda müvafiq ixtisaslar üzrə çalışann təcrübəli mütəxəssislər də daxil edilib.
ADDA-nın rektoru Heydər Əsədov imtahanlardan əvvəl DAK sədrləri ilə qısa görüş keçirib, Dövlət imtahanlarında qiymətləndirmənin yüksək obyektivlik və şəffaflıq prinsipi ilə aparılacağına əmin olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədov (“Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin texniki direkoru Nurməhəmməd Talıbov (“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Donanmanın texniki istismar departamentinin rəisi Balakişi Səfərov (“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının qrup rəhbəri Əlikram Ağabalayev (“Elektrik mühəndisliyi” ixtisası üzrə), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının texniki şöbəsinin rəisi Tofiq Qurbanov (“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə) Dövlət Attestasiya Komissiyalarına sədrlik edirlər.
Dövlət imtahanlarına iyulun 2-də yekun vurulacaq.