BMT baş katibindən xəbərdarlıq: “Ortada dünyanın bədəlini ödəyə bilməyəcəyi bir şey varsa, o da Körfəzdə böyük bir qarşıdurmadır”

136

“Əgər ortada dünyanın bədəlini ödəyə bilməyəcəyi bir şey varsa, o da Körfəz bölgəsində böyük bir qarşıdurmadır”.Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterres Oman Körfəzində neft tankerlərinə hücuma münasibət bildirərkən deyib.

BMT Təhlükəsizlik Şurasında Ərəb Dövlətləri Liqası ilə birgə keçirilən tədbirdə çıxışı zamanı Quterres hərəkətdə olan iki tankerə hücumu qınadığını deyib.

“Bu gün səhər Hörmüz boğazında yaşanan təhlükəli hadisədən çox narahatam. Mülki gəmilərə qarşı hər hansı bir hücumu qəti şəkildə qınayıram. Faktlar və cavabdeh olanlar ortaya çıxarılmalıdır. Əgər ortada dünyanın bədəlini ödəyə bilməyəcəyi bir şey varsa, o da Körfəz bölgəsində böyük bir qarşıdurmadır” – BMT-nin baş katibi deyib.