“Elmi əsərlər” məcmuəsinin 1-ci nömrəsi işıq üzü görüb

418

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Tariximizin şanlı səhifələrindən olan Milli qurtuluş günü ərəfəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2019-cu ildə ilk nömrəsi işıq üzü görüb. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar jurnalımızla aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:

Proceedings of ASMA-2019 n1

Qeyd edək ki, “Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi əsərləri” məcmuəsində yerli və xarici ölkə alimlərinin elmi məqalələri 3 dildə – Azərbaycan, rus və ingilis dillərində dərc olunur. Jurnal  İSSN 2220-1025 indeksi altında təsdiqlənib, Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələrini dərc edir. Dörd bölmənin – Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri bölmələrinin yer aldığı məcmuənin il ərzində iki nömrəsi çapa buraxılır. Redaksiya heyətinin 6 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, dosent Heydər Əsədov, elmi redaktoru  ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.