“TransCaspian/Translogistica 2019” sərgisində ASCO-nun stendi xüsusi sertifikata layiq görülüb

50

İyunun 13-də Bakı Ekspo Mərkəzində keçirilən XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian/Translogistica 2019”) sərgisi başa çatıb. Sərginin yekununda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “The best corporate style reflection” sertifikatına layiq görülüb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, builki sərgiyə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilk dəfə olaraq ASCO brendi adı altında qatılıb. Stenddə son illər ASCO-nun donanmalarının müasirləşdirilməsi istiqamətində görülən tədbirlər və gələcək layihələr haqqında ziyarətçilərə ətraflı məlumat verilib. Bununla yanaşı, burada şirkətin fəaliyyətini əks etdirən müxtəlif çap məhsulları, foto və videoçarxlar nümayiş olunub. Bu səbəbdən stend həm yerli, həm də xarici ziyarətçilərdə xüsusi maraq yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır