İran ABŞ-ın tankerlərə hücumla bağlı ittihamlarına cavab verib

117

İran Məşvərət Şurasının spikeri Əli Ərdəşir Laricani Vaşinqtonun Oman körfəzində baş vermiş insidentlə bağlı Tehranın ünvanına səsləndirdiyi ittihamları şərh edib.

“Report” “Tasnim News”ə istinadən xəbər verir ki, o bunu parlamentin açıq iclasında çıxışı zamanı deyib.

“Bu hərəkət və ittihamlar iqtisadi məhdudiyyətlərin davamıdır, çünki onlar sanksiyalar vasitəsi ilə öz məqsədlərinə çata bilmədilər”, – deyə Laricani qeyd edib.

Spikerin sözlərinə görə, Birləşmiş Ştatlar özü tankerlərə hücum edə bilər. O bildirib ki, belə bir hadisə II Dünya müharibəsi zamanı baş verib. Həmin vaxt ABŞ düşmənçiliyinə bəraət qazandırmaq üçün Yaponiya yaxınlığında öz gəmilərinə hücum edib.