Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb

61

Cari ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 milyon 779 min 75 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 271 milyon 754 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, beş ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 888 min 600 ton yükün dəyəri 315 milyon 416 min dollar təşkil edib.

Hesabat dövründə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 890 min 475 ton, dəyəri isə 956 milyon 337 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır