İspaniyada külli miqdarda narkotiklə dolu gəmi saxlanılıb

114

İspaniyada gövdəsində 10 ton həşiş aşkar olunan Moldova bayrağı altında “ELG” tacir gəmisi saxlanılıb.

Trend-in məlumatına görə, səkkiz nəfər heyət üzvdündən ibarət gəmi Kartaxena şəhərindən 98 dəniz milidə saxlanılıb.

Əməliyyatda İtaliya, Fransa və Türkiyə hakimiyyətləri iştirak edib.

Gəmiyə baxış keçirilən zaman içərisində 10 tona yaxın həşiş olan 350 bağlam aşkar edilib.