Gələn ildən İstanbul və Burqas arasında yeni sərnişin gəmisi fəaliyyət göstərəcək

139

Gələn ildən İstanbul və Burqas şəhərləri arasında sərnişin gəmisi istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın “BTV” televiziya kanalı məlumat yayıb.

İyun-sentyabr aylarında hərəkət edəcək gəmi 200 sərnişini qəbul etmək iqtidarında olacaq, iki şəhər arasında məsafəni 4 saata gət edəcək. Bildirilib ki, hazırda Türkiyə tərəfi ilə danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır