Türkiyədə Yunanıstan adalarına keçməyə hazırlaşan qaçqınlar saxlanılıb

78

Türkiyə təhlükəsizlik qüvvələri qanunsuz yolla Yunanıstan adalarına keçmək istəyən 114 qaçqını saxlayıb.

AZƏRTAC xəbər verir ki, qaçqınlar Muğla vilayətinin Fethiye rayonu sahillərində rezin qayıqlara minməyə hazırlaşarkən ələ keçiblər. Bildirilir ki, Pakistan, Suriya və Əfqanıstan vətəndaşlarından ibarət dəstə Muğladakı Miqrasiya İdarəsinə təhvil veriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır