2018-ci ilin “Ən yaxşıları” müəyyən olundu

511

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ( ASCO)  2018-ci ilin yekunlarına görə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi” və “Ən yaxşı müəllim”  “ İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblər  müəyyən edilib.

Ən yaxşılar ASCO  sədri Rauf Vəliyevin imzaladığı  əmrlə  müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin  müvafiq protokolu  nəzərə alınaraq müəyyən edilib.

  Siyahısını təqdim edirik: 
 

1. “Ən yaxşı gəmi”:

 Xəzər Dəniz Neft Donanmasının (XDND) “General Əsədov” gəmisi
Dəniz Nəqliyyat Donanmasının (DND) “Akademik Zərifə Əliyeva” gəmisi 

2. “Ən yaxşı gəmi” nominasiyası üzrə 2-ci yer:
 
 XDND-nin “Atlet-24”gəmisi
 DND-nin “Nəsimi” gəmisi

3. “Ən yaxşı kapitan”:

XDND-nin “Mərdəkan” gəmisinin kapitanı Paşayev İlqar Ənvər oğlu 
DND-nin “Ağdam” gəmisinin kapitanı Əhmədov Etibar İsmayıl oğlu  

4. “Ən yaxşı kapitan” nominasiyası üzrə 2-ci yer:

 XDND-nin “Mühəndis Balarza Məmmədov” gəmisinin kapitanı Vəlixanov Söhbət Əbeydulla oğlu 
DND-nin “Qarabağ” gəmisinin kapitanı Həsənov Emin Vaqif oğlu

5. “İlin gənc dənizçisi”:
DND-nin “Professor Gül” gəmisinin kapitanı İsmayılov Təhmiraz Vilayət oğlu 

6. “Ən yaxşı mexanik”
XDND-nin “Nefteqaz-64” gəmisinin mexaniki Əliyev Yaşar Davud oğlu 
DND-nin “Üzeyir Hacıbəyli” gəmisinin mexaniki Şabanov Hikmət İsfəndiyar oğlu

7. “Ən yaxşı mexanik” nominasiyası üzrə 2-ci yer:

XDND-nin “Qaradağ-7” gəmisinin mexaniki Levşa Vyaçeslav İvanoviç 
DND-nin “Rəsul Rza” gəmisinin mexaniki Ağaliyev Zaur Elman oğlu  

8. “Ən yaxşı elektrik mexaniki”:
XDND-nin “Şirvan-3” gəmisinin elektrik mexaniki Quliyev Emil Hasil oğlu 
DND-nin “Fikrət Əmirov” gəmisinin elektrik mexaniki Əliyev Elşad Pircan oğlu 

9. “Ən yaxşı elektrik mexaniki” nominasiyası üzrə 2-ci yer:

XDND-nin “Atlet-8” gəmisinin elektrik mexaniki Abdullayev Sərdar Cavanşir oğlu 
DND-nin “General Aslanov” gəmisinin elektrik mexaniki Məmmədov Xəqani Bəhman oğlu 

10. “Ən yaxşı bosman”: 
 
 
XDND-nin “Atlet-24” gəmisinin bosmanı Cəbiyev Rüfət Baba oğlu 
 DND-nin “Akademik Topçubaşov” gəmisinin bosmanı Əliyev Bəhman Mikayıl oğlu 

11. “Ən yaxşı bosman” nominasiyası üzrə 2-ci yer:

  XDND-nin “Yarenqa” gəmisinin bosmanı Səfixanov Mayil Şıxsəfi oğlu 
  DND-nin “Qaradağ” gəmisinin bosmanı Şahbazov Mehman Abdulla oğlu

12. Ən yaxşı matros: 

XDND-nin “Atlet-2” gəmisinin matrosu Şammədov Həsrət Qonsur oğlu
DND-nin “Şahdağ” gəmisinin matrosu Abdulxalıqov Aqşin Cəlil oğlu

13. “Ən yaxşı matros” nominasiyası üzrə 2-ci yer:

XDND-nin “General Əliağa Şıxlinski” gəmisinin matrosu Dadaşov Faiq Rövşən oğlu
DND-nin “Natəvan” gəmisinin matrosu Məmmədov Müqtədir Şakir oğlu

14. “Ən yaxşı motorçu”: 

XDND-nin “Vadim Seyidov” gəmisinin motorçusu Ağabəyov Tolik Səvləddin oğlu
DND-nin “Şair Sabir” gəmisinin motorçusu Allahverdiyev Rövşən Allahverdi oğlu 

15. “Ən yaxşı motorçu” nominasiyası üzrə 2-ci yer:

XDND-nin “General Əliağa Şıxlinski” gəmisinin motorçusu Allahverdizadə Babək Qabil oğlu
DND-nin “Şair Sabir” gəmisinin motorçusu Sultanov Şahin Əhmədağa oğlu

16. “Ən yaxşı gəmi təmirçisi”: 

“Zığ” GTTZ-nin gəmi təmiri çilingəri Yolçuyev Namik Əli oğlu
“Bibiheybət” GTZ-nin gəmi gövdə təmirçisi Nadirov Zabil Sabir oğlu 

17. “Ən yaxşı gəmi təmirçisi” nominasiyası üzrə 2-ci yer:

“Zığ” GTTZ-nin gəmi gövdə təmirçisi Əliyev Novruz Hidayət oğlu
“Bibiheybət” GTZ-nin gəmi təmiri çilingəri Rəşidov Fərhad Nizami oğlu

18. “Ən yaxşı müəllim”:

ADDA-nın Gəmiqayırma və gəmi təmiri kafedrasının baş müəllimi Xankişiyev İsaq Abuzər oğlu

19.”Ən yaxşı müəllim” nominasiyası üzrə 2-ci yer: 

ADDA-nın Gəmi energetik qurğuları kafedrasının baş müəllimi Alməmmədov Nizami Məmmədəli oğlu