“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” BA Hüquqi Şəxslər Birliyinin və İşçi qrupunun iclası keçirilib

374

Qazaxıstanın paytaxtı Nursultanda  “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin və İşçi qrupunun iclası  keçirilib. Yığıncaqda fider gəmilərin iştirakı ilə Xəzər dənizi limanları (Aktau, Bakı (Ələt)) arasında dəmir yolu-su nəqliyyatı ilə konteyner qatarlarının təşkili, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner qatarlarının təşkili zamanı  yüklərin daha tez çatdirilmasi uçün daşima texnologiyası müzakirə olunub.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.